26 Aprel 2023 13:35
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əyləncə mərkəzində bir xanımla səmimi görüntülənən türkiyəli aktyor Kadir Doğulu haqqında "2 sayfa" verilişində daha bir iddia ortaya atılıb.

Teleqraf.com xəbər verir ki, iddialara görə, Neslihan Atagül ilə evli olan Kadir Doğulu bir müddətdir baş hərfi "S"lə başlayan qadınla birlikdə yaşayır.

Aktyorun qadına ev kirayə tutduğu və onunla dini nikah bağladığı da iddia edilib. Hətta Neslihan Atagülün həyat yoldaşının həmin qadın ilə münasibətindən xəbərdar olduğu bildirilib.

Qeyd edək ki, Kadir Doğulu ilə Neslihan Atagül 7 ildir evlidirlər.


Müəllif: Rəqsanə Həsənova