Əməkdar artist Dilarə Əliyevanın həyat yoldaşı, əməkdar incəsənər xadimi Oqtay Əliyevin vəfatında sonra "Soy production"un rəhbəri olması haqda xəbər yayılıb.
"Soy"un əməkdaşı, əməkdar artist Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında yayılan xəbərlərə münasibət bildirib:
"Təbii ki, Oqtay Əliyevdən sonra onun işlərini Dilarə Əliyeva davam etdirir. Yəqin ki, gələcəkdə də "Soy production"un rəhbəri də Dilarə olacaq".
Qeyd edək ki, bu haqda ilk xəbəri Olay.az saytı yayıb.