Son zamanlar həm Şakira, həm də Hadisə şəxsi həyatları ilə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, bu dəfə onlar özəl həyatları ilə deyil, oxşar üslubları ilə gündəmdədirlər. Şakira ötən gün Billboard tərəfindən təşkil edilən Latın Qadınları Musiqi Mükafatlarına qatılıb. Gecədə "İlin qadını" mükafatını qazanan məşhur müğənninin üstünlük verdiyi paltar Hadisənin keçən il səhnəyə çıxarkən geyindiyi paltarla müqayisə edilib.
İkilinin fotoları yan-yana yerləşdirilərək sosial şəbəkədə paylaşılıb, geyimin daha çox kimə yaraşdığı ilə bağlı sorğular keçirilib.