22 May 2023 13:47
2 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, iş adamı Eşqin Cəlilov ilk dəfə Arb televiziyasında boşanması haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Eşqin Cəlilov bu sözləri deyib: “Biz sevərək ailə qurmuşduq. O, özü də bilir ki, ona necə dəyər vermişdim və necə sevmişdim. Ailənin necə mükafat olduğunu başa düşə bilmədi. Şəxsən bizim ikimizin heç bir problemimiz yox idi. Biz dil tapırdıq, dolanırdıq, hər şey yaxşı idi. Sadəcə aramızda nələrsə baş verdi. Ayrılmağımızın səbəbi Aysundur.

Bir dəfə iki ay ayrı qaldıq və mən mübarizə apardım ki, ailəmdir. Ailəmi qorudum, bir araya gətirdim. Onda bilirdim ki, nəyə görə ailəmi yenidən bir araya gətirməliyəm, indi isə bilmirəm”.

Eşqin Cəlilov Aysun İsmayılovaya xəyanət etməsi ilə bağlı yayılan iddialara da cavab verib: “Bütün respublika bizi görürdü. “İnstaqram”da, “TikTok”da hamı görüb bilirdi ki, 24 saat bir yerdəyik. Elə bir ailə qurduq ki, işimizi də, evimizi də bir etdik. Mənim xəyanətə heç vaxtım da olmazdı. Xəyanət etməyə heç istəyim də yox idi. Neynirəm o xəyanəti? Xəyanətə ehtiyac yox idi.

Sevgim bitməyib, amma etibar bitib. Hər dəfə heç nə olmadan çıxıb getmək… Xətrimə çox pis dəyib".

Eşqin Cəlilov ailəsinin dağılmasında səbəb kimi kənar təsirləri göstərib: “Aysun uşaqdır, gəlincikdir, başını döndərirsən, yeriyir. Ona bir balaca təzyiq göstərəndə gəlinciyi burmağa ehtiyac olmur, o özünü itirir və bilmir hara getsin. Mənə nə klip, nə də tanınmaq lazımdı, bloqer, aktyor, müğənni deyiləm. Mənə reklam lazım deyildi. Mənə yazırlar ki, Aysuna görə tanındın. Bəli, mən bunu danmıram. Evin içində olanları bir mən, bir də Aysun bilir. Yaxşısını da, pisini də mən bilirəm.

Aysun pis deyil. Mən Aysuna sahibləndim. O mənim seçimim, həyat yoldaşım olub, haqqında pis bir şey danışa bilmərəm. Heç bunu özümə yaraşdırırmıram da. Ailədə söz davası da ola bilər. Amma hər dəqiqə əşyalarını götürüb getmək olmaz”.

Eşqin Cəlilov ayrılmasında Rəqsanə İsmayılovanı günahkar görməyib: “Rəqsanə xanım dedi ki, mən qarışmıram. Necə evlənmisiniz, özünüz bilərsiniz. O da bir anadır. Rəqsanə xanımla heç bir düşmənçilim yoxdur. Rəqsanə xanımı bizim ayrılmağımızda səbəb kimi görmək istəmirəm.

Aysun şıltaq, dəlidolu qızdır. Həyatda ona xoşbəxtlik arzu edirəm. Amma bilməlidir ki, həyatda başına nə gəlsə, dəliliyindən və şıltaqlığından, yaşca böyük insanları dinləməməsindən gələcək. Vətəni tərk edəcəm. Çünki buraya ailəmə görə gəlmişdim, alınmadı.Mən ailə qurmuşdum, Aysun film çəkdi. Aysun ailəmizi oyuncaq elədi. Beş aydan bir boşanıram, qayıdıram deyirdi. Hər bir kişinin işi deyildi, bu zamanda müğənni ilə ailə qurmaq. Hər insanın da işi deyil ki, müğənni ilə ailə qurduqdan sonra onun sənətdə qalmasını dəstəkləsin”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər