Xalq artisti Aygün Kazımova yenə obyektiv qarşısına keçərək fotosessiya etdirib.
Teleqraf.com xəbər verir ki, pop diva bu dəfə tamamilə fərqli obraz yaradıb.
O, “gəlincik” obrazını canlandırıb. Bunun üçün müğənni xüsusi hazırlanan, fərqli pariklərdən və aksessuarlardan istifadə edib.
A.Kazımova sözügedən çəkiliş üçün Türkiyəyə üz tutub. İdeya müəllifi dizayner Rüfət İsmayıldır. Obrazlar üzərində Berker Kuşku çalışıb.
Fotoların müəllifi Erman İstahlıdır. İlk dəfə bu formada şəkillər çəkdirən ifaçının makiyajı Andrea Şeehana həvalə edilib.