“Elzanı doğum günü münasibətilə təbrik etməyəcəm. Çünki beş-altı ildir ki, o mənim ad günümü təbrik etmir. Mənim yeddi-səkkiz ilimi doldurmasa, sadəcə ata-anamın qızı olacaq, mənim bacım yox. Biz elə bacılarıq ki, bir-birimizə hörmət edirik. Görürsünüz, bu gün ona Elza xanım deyə müraciət edirəm. Elə-belə demirəm. O mənim dilimdədir artıq, bunu qazanıb. Məndən üzr istəsin, onu bağışlayacam (ağlayır)”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Elgizlə izlə” verilişində əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan deyib:
“Mən artıq Elzasızlığa öyrəşdim. O, mənim sənət əsərimdir, manikenimdir. Mərhum İlhamə Quliyeva bir dəfə mənim üçün əl çaldırdı ki, Elzanın əziyyətini necə çəkirəm. Nəyə görə ağlayıram? Çünki o bizdə belə bir səhvləri görməməli idi. Özümə söz vermişəm ki, artıq ağlamayacam. Mən artıq Elzasızlığa öyrəşdim”.
Elza Seyidcahan isə bacısına bu sözlərlə reaksiya verib: "Çox sevinirəm ki, bacım belə şən və xoşbəxtdir. O gözəl etiraf etdi ki, “mən Elzasızlığa öyrəşdim”. Kövrəlirəm, amma mən də istəyirəm ki, onlar mənsizliyə öyrəşsinlər (ağlayır). Mənim yanımda olanda onlar üçün çox çətin olur. Çox sevinirəm ki, onun öz işi və ətrafı var. O, yanımda olanda mənə də, ona da çətin olur. Ana öz övladından necə ayrı qala bilər? Oğlumu evləndirmişəm, o məndən ayrı qalır, amma qızım evli olsa da, mənimlədir.
Mən arzu edirəm ki, qızımın da evi olsun və hər kəs öz mənzilində yaşasın. Bacılarım məndən də savadlı, dünyagörüşlü, bacarıqlıdırlar. Nəyə görə onlar məndən yapışıb qalmalı və mənə arxayın olmalıdırlar? Onların hər birinin işi, ailəsi, xoşbəxt balaları var. Lalə çox istedadlıdır”.
Qeyd edək ki, bir müddət əvvəl Lalə Seyidcahan bacısı haqqında qalmaqallı sözlər demişdi.