Əməkdar artist Cavanşir Məmmədov ilə qızı Xatirənin sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa arasındakı qalmaqal davam edir.
Teleqraf.com xəbər verir ki, Kemal Mustafa "Təsir dairəsi" verilişində əməkdar artistin qızı Xatirə Məmmədova ilə dini nikahının bağladığını bildirib:
“Cavanşir bəy, qızın Xatirə ilə iki dəfə imam nikahı kəsdirdiyimizi bilirsiniz? Burada da, Türkiyədə də Sultan Ahmed məscidində imam nikahımız olub”,
Cavanşir Məmmədov isə Kemal Mustafaya “Varsa ortaya çıxar", - deyə cavab verib.
Mustafa isə imam nikahı haqqında Xatirədə səsli qeydlərin olduğunu deyib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. O iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb.
M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. O isə verilişə gələrək "dələduz" kəlməsinin üstündən götürülməsini istəyib.