9 Yanvar 2015 20:12
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vüsalə Rəcova maraqlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, ifaçı 2015-ci ildə həyata keçirəcəyi layihələrin əsasını ölkə daxilində və ölkədən kənarda verəcəyi konsertlər təşkil edəcək.

Fərqli proqram düşünən sənətçinin repertuarını əsasən xalq və bəstəkar mahnıları, eyni zamanda muğamlar və təsniflər təşkil edəcək. Bəstəkar mahnıları sırasında müğənni özünün müəllifi olduğu nəğmələrə də yer ayıracaq.

Konsertlər həm solo, həm də Vüsalə Rəcovanın müəllimi, xalq artisti Mənsum İbrahimovla birlikdə nəzərdə tutulub. Təfərrüatlarını hələlik açıqlamayan sənətçi layihə üzərində işə başlanıldığını qeyd edib.

Qeyd edək ki, V.Rəcova eyni zamanda Lider televiziyasında həftənin şənbə və bazar günü yayımlanan “Səhər çağı” verlişinin aparıcısıdır. Yeni ildən verilişin formatını dəyişən xanəndə xanım bunları qeyd etdi:

“Veriliş səsinə güvənən, canlı oxumağı bacaran ifaçılar üçün nəzərdə tutulub”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər