Məşhur dünya ulduzu Tom Kruzun baş rolu canlandırdığı "Missiya təhlükəsi: ölümcül qarşılaşma"nın ikinci hissəsinin İstanbuldakı çəkilişləri ləğv edilib.
Teleqraf.com xəbər verir ki, filmin rejissoru Kristofer MakQuarri "Qapalı Çarşı"da araşdırma aparan çəkiliş heyətinin görüntülərinin mediada əksini tapmasına görə bu addımı atıb.
Qeyd edək ki, yaxın günlərdə Tom Kruzla yanaşı Kristian Beyl də İstanbula gəlmişdi.