25 Avqust 2023 12:51
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Narkotikə aludə olanların nəyi olur ki? Heç nəyi... Ailəsi də olmur... Elçin Cəlilovun iki avtomobili vardı. Aludəçiliyi səbəbindən avtomobilləri, ev əldən getdi. Biz ayrıldıq. O cəmiyyətdə reputasiyasını və hörmətini, bəstəkarlarını itirdi".

Teleqraf.com xəbər verir ki, bu sözləri mərhum xanəndə Elçin Cəlilovun həyat yoldaşı müğənni, xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşova “AStar” verilişində deyib:

"Məclislərə gedirdi, biri onun üzünə gülürdüsə, digərləri arxasınca danışırdı. Bunlar hamısı mənə gəlib çatırdı. Qız müğənnilər deyirdilər ki, məndən bu qədər borc pul aldı, vermədi. Cavab verirdim ki, bu adam xəstədir. Narkotik heç kimə baş ucalığı gətirməyib, heç zaman da gətirməyəcək”.

Lalə Dadaşova mərhum xanəndə ilə evliliyindən də danışıb: “Məndən əvvəl ailəli olmuşdu. Amma biz tanış olanda ailəsindən boşanmışdı. Çoxları bunu bilmir, amma mən istəyirəm ki, bunu insanlar bilsinlər. Mən də erkən ailə qurdum, düzgün insan seçmədiyim üçün bu evliliyim dağıldı.

Məclislərdə və konsertlərdə Elçinlə birlikdə olurduq. Sən demə, elə o zamandan bəri Elçin məni gözaltı edibmiş. Bizim dostluğumuz sevgiyə çevrildi. Biz əvvəllər dost idik. Mən onu və ailəsini musiqiçi tandemində görürdüm. Əlbəttə ki, sevgi sonradan gəldi. Sonradan bir-birimizi sevdik və ailə qurduq. Amma övladlarımız olmadı. Yəgin ki, bu taledir.

Məsuliyyətli ailəsi vardı. O mənə sevgisini və məhəbbətini əsirgəmirdi. Əlimi nəyə uzadırdım, mütləq onu alıb mənə verirdi. Ürəyim nə istəyirdi, onu mənə alırdı. Ailədə heç vaxt davamız olmayıb. Mübahisələrimiz yalnız sənət üstündə olurdu”.

Lalə Dadaşova Elçinə qardaşı Yusifin narkotik verdiyini deyib. O, həyat yoldaşının dəfnində iştirak etmədiyini də bildirib: “Dəfnində iştirak etmədim. Çünki biz ayrılmışdıq. “Üç” mərasiminə getdim. Mənim üçün çox çətin idi. Dəfnində iştirak edə bilməzdim. İstəyirdim, yadımda necə varsa, elə də qalsın”.

Qeyd edək ki, Elçin Cəlilov 37 yaşında 2005-ci il mayın 10-da mənzilində ölü tapılmışdı.


Müəllif: Rəqsanə Həsənova