"ATV" telekanalının tanınmış aparıcısı Xoşqədəm Hidayətqızının 41 yaşı tamam olur.
Teleqraf.com xəbər verir ki, aparıcı ad günü ilə bağlı "Instagram" hesabında təəssüratlarını bölüşüb:
“Nədənsə hər il ad günümdə doğulduğum torpağıma, kəndimə getmək istəyirəm. Deyirlər, insan yaşlandıqca doğulduğu yerə daha çox can atır. Yaşımın üstünə yaş gəldikcə bunun həqiqət olduğuna inandım. Gecənin bu saatında içimdən dəli bir ağlamaq keçdi. Narındar üçün, onsuz keçən 24 il üçün... İnanın, 24 ildir doğum günümü xatırlamıram. Hər dəfə yaxınlarımın zəngi, kollektivimizin SMS-ləri mənə xatırladır ki, sən demə, mən 13 yanvarda doğulmuşam”.
Rüstəm