2 Sentyabr 2023 15:58
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Biz Birlikdə Güclüyük!” yay düşərgəsinin bağlanış mərasimində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın kolleksiyası təqdim edilib.

Teleqraf.com xəbər verir ki, yeniyetmələr üçün kolleksiyanı düşərgə iştirakçıları olan qızlar tərəfindən təqdim edilib. Gülnarə Xəlilova tərəfindən qızlara hədiyyə olunub.

Açılışda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

100 nəfər qızın iştirakı ilə keçirilən düşərgənin son günündə uşaqlar Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşüb, rəqslər və rəsm sərgisi təqdim olunub, ağacəkmə aksiyası kecirilib.

Sonda düşərgə iştirakçıları sertifikat ilə təltif edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər