Xəbər verdiyimiz kimi, iş adamı Orxan Məmmədlinin dostu Meiza adlı xanım ATV-də yayımlanan “Bizimləsən” verilişinə zəng edərək mərhumun evli xanımla sevgi münasibəti yaşadığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, prodüser Tarix (Tolik) Əliyev Meizanın fikirlərinə İnstaqramda hekayə bölümündə reaksiya verib. "Bu ölüm çox müəmmalı oldu. Məncə Orxan özünü borca görə asan adama oxşamırdı", - deyib.
Jurnalist Türkan Məmmədli isə həyat yoldaşı haqqında yayılan xəbərlərə sərt cavab verib: "Faciəmdən reytinq tutanlara haqqımı halal etmirəm. Orxanı sevib ailə qurmuşam, gözəl ailəm olsun deyə daim çabalamışam. İki gözəl oğlumuz var, rəsmən boşanmamışdıq. Onun vəfatı mənə çox ağır gəlir. İnsanlığınız olsun, qoyun dərdimi çəkim. Dünyam uçub, siz şər-böhtan, reytinq hayındasınız. Orxanın ruhunu incitməyin. Allahsızlar!”
Qeyd edək ki, Orxan Məmmədli ofisdə özünü asaraq intihar edib.