"Qadınlar evli kişilərin pulları ilə villalar, avtomobillər, bahalı marka geyimlər alırlar. Mən deyirəm ki, bunları almayın. İşləyin və zəhmət çəkin, o villanı özünüz alın".
Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib:
"Niyə hansısa evli kişinin pulu ilə alırsan?! Sən pis örnəksən! Asan yolu seçirlər. Beləliklə, ailələr dağılır. Ailədə söz-söhbət ola bilər. Siz ailənizi "siçovul"lara görə dağıtmayın".