9 Yanvar 17:58
3 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, xalq artisti Flora Kərimova və əməkdar artist Elza Seyidcahan "Elgizlə izlə" verilişinin canlı efirində dava ediblər.

Teleqraf.com xəbər verir ki, aparıcı Elgiz Əkbər sosial media hesabında Flora Kərimova ilə Elza Seyidcahanın videosunu paylaşaraq məşhurların barışıq addımı atdığını vurğulayıb: "Verilişin üçüncü hissəsində reklam arasında yaşananlar...Yaşasın sülh!"

Flora Kərimova videoda Elza Seyidcahana "Mən sizi Allaha and içirəm, çox istəyirəm. Sizin fəlsəfənizi də başa düşürəm. Bir sualım var, bədəninizin rahatlığı üçün, yoxsa düşüncənizin rahatlığı üçün belə geyinirsiniz?",- sualını ünvanlayıb.

Elza Seyidcahan isə xalq artistinə belə cavab verib: "Flora xanım, sizin qarşınızda baş əyirəm, amma düzgün cavab verəcəm. Məndən inciməyəcəksiniz? Əllərinizdən, ayaqlarınızdan öpürəm. Siz o vaxt Cavan Zeynallı ilə duet oxuyanda bel hissəsi açıq idi, açıq-saçıq geyinmişdiniz. Sizin bədəninizin rahatlığı, yoxsa səhnə məcbur etmişdi? O zaman heç kim açıq geyinməmişdi. Siz də sənətdə böyük yeniliklər etmisiniz, çiyini, beli, sinəni açmısınız".


Müəllif: Rəqsanə Həsənova