Maldivdə istirahətdən qayıdan müğənni Aysel Əlizadə xoşagəlməz halla qarşılaşıb.
Teleqraf.com xəbər verir ki, bu haqda o, İnstaqramda hekayə bölümündə məlumat verib: "Biabırçılıqdır. Sizinlə bir video paylaşmaq istəyirəm. Bu gün "Qatar" şirkəti ilə bütün əlaqələrimi bitirirəm. Adambaşına 40 kq yük götürməyə icazə varmış. Amma bu şirkət bunu etmir. Bakıda dedilər ki, 8 kiloqramdan artıq çəki var və 580 manat ödəniş etdik. Nə isə... Bakıdan Dohaya, oradan isə Maldivə uçduq. Maldivdə heç nə almadıq. Maldivdə hava limanında dedilər ki, 14 kiloqram artıq çəki var. Təəccübləndim ki, bu necə ola bilər? Bilirəm ki, ola bilməz. Baqajımız Maldivdə kökəldi?
Bizdən 560 dollar pul aldılar. Pulu ödədik, həyasızlıq etmədik. Ən böyük səhvim o oldu ki, çeki almadım. Çek vermədilər, əsəbi olduğuma görə çek tələb etməyi də unutdum.
Dohaya gəldik və yeməyə qalxdıq. Dedilər ki, sizin bura daxil olmağa icazəniz yoxdur. Bizdə isə biznes idi. Bildirdilər ki, 137 dollar ödəməlisiniz. Niyə? Turizm şirkətimiz şikayət edib, amma bizim sübutumuz yoxdur. Əlimizdə çekimiz də yoxdur. Çünki bizi gipnoz etdilər".