22 Fevral 15:02
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ən axırıncı dəfə Anar Ələkbərovla danışdım. Mənə söylədi ki, möhkəm ol, yanındayıq, dövlət yanındadır, işlər gedir, yaxşı olacaq, inşallah”.

Teleqraf.com xəbər verir ki, bu sözləri fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılan zaman ən son Azərbaycandan kiminlə əlaqə saxladığı barədə danışarkən deyib.

“Anamla danışdım, möhkəm olmasını, ağlamamasını istədim. Mən gedəcəyəm, inşallah bir gün qayıdacağam dedim. Fikrimdə qazilərimiz, şəhid analarıdır, deyirəm ki, onlar ağlayırlar ki, övladları şəhid olub, sən niyə ağlayasan ki…”, - deyən Kamil Zeynallı kövrəlib.

Tanınmış məşqçı həmçinin vurğulayıb: “Anar müəllimnən danışandan sonra güc-qüvvət topladım. Cənab Prezidentin köməkçisi dedi ki, rahat ol, proseslər gedir, yaxşı olacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər