2 Aprel 14:30
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayevin illər əvvəl klipinə çəkilən keçmiş model Rövşanə Kərimova yerləşdirildiyi reabilitasiya mərkəzini tərk edib.

Teleqraf.com xəbər verir ki, Rövşanə Kərimova "Elgizlə izlə" verilişində bunun səbəbini belə açıqlayıb: "Anamın xarabalıq şəraitdə yaşaması mənim sağalmağıma mane olur. Bu şəraiti qəbul edə bilmədim və ona görə də reabilitasiya mərkəzindən çıxdım. O hissləri qaldıra bilmədim".

Aparıcı Elgiz isə keçmiş modelin hərəkətini tənqid edib: "Sizə dedim ki, kirayə ev tuturuq, 4 aylıq pulu əvvəlcədən ödəyirik. Narkotik aludəçisi olan keçmiş ərinin yanına getdin.

Günah məndədir ki, ötən gün sənə yüz manat verdim. Guya ki, ana qədri bilir, ananı evə atıb və 100 manatı cibinə qoyub gedib.

Bu altı ay ərzində bizi aldatdın. Mən çox üzülürəm. Sənə o qədər insan dəstək oldu ki, sağalasan, düz yola qayıdasan, balalarının başının üstündə olasan. Bilirsən ki, anan qaraciyər sirrozundan əziyyət çəkir".

Keçmiş model isə aparıcıya "Keçmiş həyatıma geri dönmək istəmirəm. Cəmiyyətimizdə şübhə ilə yanaşılır, üzərimdə narkoman adı var. Nə desəm də, onsuz da heç kim mənə inanmayacaq. Mənim narkotikdən aktiv istifadə etmək fikrim yoxdur", - deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova