24 May 13:45
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti pisləşib.

Onun oğlu Rövşən Quliyev Teleqraf.com-a açıqlamasında anasının komaya düşdüyünü vurğulayıb:

“Anam 1 saylı Şəhər Klinik Xəstəxanasının ("Semaşko") reanimasiya şöbəsindədir. Bu gün səhərə yaxın səhhəti ağırlaşdı və komaya düşdü".

Qeyd edək ki, Gülzar Quliyeva sirroz xəstəliyi ilə yanaşı insultdan da əziyyət çəkir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər