31 May 15:24
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovu itkin düşməsi ilə bağlı yeni faktlar açıqlanıb.

Teleqraf.com xəbər verir ki, "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Orxan Nadirovun həbs edilmədiyini vurğulayıb: "Moskvadan İstanbula uçmaq üçün hava limanına gedib. Sərhəd-keçid məntəqəsindən buraxılmayıb. Uçuşa qeydiyyatı ləğv edilib. Amma bildirilir ki, o, həbs edilməyib. Harada olduğu haqda heç bir məlumat yoxdur".

Orxan Nadirovun doğma anası Lalə xanım isə aparıcının sualına cavabda deyib: "Oğlum 8 ayda bir dəfə də zəng etməyib. Sağ olsaydı mənə zəng edərdi. Əgər Orxan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmayıbsa, mənə xəbər etməyə bilməz. O, mənim vəziyyətimi bilir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər