“Türk Hava Yolları” tanınmış aparıcı Nigar Mahmudovadan üzr istəyib.
Teleqraf.com xəbər verir ki, aparıcı İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib: "Ən azından üzr istədilər. Bilib-bilmədən məni borclu çıxaranlara cavab olsun".
Qeyd edək ki, Nigar Mahmudova "Türk Hava Yolları”nın gecə reysinə öncədən bilet alsa da, onu təyyarəyə buraxmaq istəmədiklərini və ehtiyat sərnişin kimi qeydə alındığını qeyd etmişdi: "Həmin təyyarə ilə uçdum. Çünki orada 9 nəfərlik qrup var idi, səhv etmirəmsə, ailə üzvləri idilər. Onlar bildirdilər ki, hamımız eyni yerə gedirik və birlikdə təyyarə ilə uçmalıyıq. Onları iki nəfər çıxmaq şərtilə təyyarəyə yerləşdirirdilər. Belə olan halda qarşı tərəf razılaşmadı. Həmin 9 nəfər getmədiyinə görə onların yerinə məni və mənim kimi olan bir neçə nəfəri təyyarə ilə uçmağa icazə verdilər".