Müğənni Qumral Musayeva qonaq olduğu “Xəbərin var?” verilişində kabinetlərdə çıxışını tənqid edənlərə cavab verib:
Teleqraf.com xəbər verir ki, Qumral Musayeva bu sözləri deyib: "O gün bir xanım ifaçının yanında kabinetdə ifa etmək haqqında danışdım, təəccübləndi. Bahalı restoranların kabineti var. Hər cür kabinet var var, ora depozit ödəyərək gedirlər, qiyməti də çox bahadır. Hər adam kabinetlərdə oturmur. Həmin xanım mənə deyir ki, oğlum var, belə məclislərə getmirəm. Ona cavab verdim ki, başa düşmədim, biz kabinetlərdə nə edirik ki? Mahnı oxuyuruq da. Təəccüblə qarşılayırlar.
Hər adam kabinetlərə gedə bilmir. Axı, bizdə sevirlər yozub, bəzəsinlər. Hamınız hər gün restoranların kabinetlərində oturub çörək yeyirsiniz, əylənirsiniz. Burada pis nə var?
Mən müğənni olmayanda xalq artistlərinin kabinetdə çıxış etdiklərini görmüşəm. İş adamları kabinetlərdə məclis təşkil edirlər. Axı, burada nə var? Baxıram şoka düşürəm.
Bir az öncə qeyd etdiyim xanım ifaçı deyir ki, mən heç vaxt kabinetlərə getmərəm, mən toy müğənnisiyəm. O xanım ifaçı aşıqdır və çox aqressiv şəkildə mənə cavab verdi. Mənim də oğlum və qızım var. Mən kabinetə işim üçün ailəmlə gedirəm. Atam, anam, həyat yoldaşım yanımda olur. Biz ora hörmətlə gedib, hörmətlə də oradan çıxırıq”.