"Tapmaca 2" (Inside Out 2) cizgi filmi qlobal kassada 720 milyon dollardan çox gəlir əldə edib.
Teleqraf.com xəbər verir ki, premyerası iyunun 14-də baş verən cizgi filmi bu gəliri cəmi həftə yarıma qazanıb.
Cizgi filmi 720 milyon dollar gəlir əldə eləməklə 711 milyon dollar qazanan "Dune 2" filmini keçib. Nəticədə "Tapmaca 2" 2024-cü ilin ən çox gəlir gətirən işi olub.
Xatırladaq ki, cizgi filminin istehsal büdcəsi 200 milyon dollar təşkil edib.
"Tapmaca 2" baş qəhrəman Rayli Andersonun yeniyetməlik dövründən bəhs edir.