9 İyul 21:54
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri "Avroviziya 2009” təmsilçimiz Aysel Teymurzadənin Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadə ilə boşanması haqda yayılan xəbərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Nura Suri sosial media hesabında bu sözləri yazıb: "Əsl xəyanət belə olur. Gəncliyini, gözəlliyini istifadə edib, yaşa dolanda yenisi ilə əvəzləyən kişilər vampirlərdir. Gənc qızların ən dəyərli olan gəncliyini son damlasına qədər bitirib, qucağına iki-üç uşaq da verib atırlar - köhnəlmiş əşya kimi. Sonra da yeni gənc qurban tapıb eynisini təkrarlayırlar".

Qeyd edək ki, Aysel Teymurzadə ötən gün sosial media hesabında yayılan xəbərləri yalanlayıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər