10 İyul 14:14
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Miri Yusif Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Yusif bəy, iyulun 12-13-14-də Yaşıl Teatrda konsert proqramı ilə çıxış edəcəksiniz. Konsert hazırlıqları necə gedir?

- Bəli, Yaşıl Teatrda üç günlük konsert proqramı ilə sevənlərimin qarşısına çıxacam. Şükür, konsert hazırlıqları çox gözəl gedir. Ənənəvi olaraq Yaşıl Teatrda daha bir konsertimiz baş tutacaq. 2013-cü ildən hər il, pandemiyanı çıxmaq şərtilə, konsert proqramı ilə çıxış edirəm. Tamaşaçılar bu konsertlərimə öyrəşiblər. Bu yayın ən böyük konserti gözlənilir - hətta belə deyərdim...

- Konsertlərinizdə tamaşaçı izdihamı yaşanır. Necə olur bütün konsertlərinizdə salonu tamaşaçı ilə doldura bilirsiniz?

- Düzdür, bütün konsertlərimdə tamaşaçı salonu dolu olur. Mən isə səhnədən tamaşaçı izdihamını görüb həzz alıram.

- Az öncə sizinlə xalq artistlərimizdən birinin duetini gördük. Konsert proqramınızda başqa nə kimi sürprzilər olacaq?

- Sürprizləri açıqlamaq olmaz (gülür). Sözün mənasına uyğun olaraq sürpriz kimi qalmalıdır ki, insanlar konsertə gəlib təəccüblənsinlər. Amma konsertdə fərqlilik olacağını soruşusunuzsa, bu, mütləq olacaq. Fərqli səhnə tərtibatı, işıq şousu ilə hər kəsi təəccübləndirəcəyik.

Konsert proqramında ən populyar mahnılarım olacaq. Bu konsertdə yenilik və fərqlilik budur.

- Xalq artisti Röya Ayxanla duet gözlənilirmi?

- Röya Ayxanla duet ehtimal ola bilər. Bizim başqa gözəl həmkarımızlarla da duet ehtimalı var. Amma insanların əksəriyyəti Miri Yusif və ətrafındakı musiqiçilərin şousuna baxmağa gəlirlər.

- Müsahibənizdə qeyd etmisiniz ki, “Baku Crystal Hall”da konsert verməyi planlaşdırırsınız. Bu, nə zaman ola bilər?

- “Baku Crystal Hall”da konsert proqramı ilə çıxış etməyi çoxdan planlaşdırırdım. Sonra pandemiya oldu. Ona görə bu tarixi təxirə saldıq. Ehtimal ki, “Baku Crystal Hall”da konsertimiz 2025-ci ildə baş tutacaq. Bu konsertdən sonra yenisinə hazırlıqlarımız başlayacaq.

- Konsertlərinizdən gəlir əldə edirsinizmi? Həmkarlarınızın çoxu adətən konsertdən borcla çıxdıqlarını bildirirlər...

- Mənim üçün ən xoşagəlməz hal borc götürməkdir. Çalışıram, borca girməyim. Amma konsertdən sonra nəinki borcla, maddi və mənəvi baxımdan razı çıxıram.

- Ailə üzvləriniz İzmirdə yaşayır. Konsertlərinizə gələcəklərmi?

- Ailəm Kuşadasındadı. Orada yaşayırlar, çünki uşaqlarım orada məktəbə gedirlər. Kim deyirsə ki, Miri Yusif Türkiyəyə köçüb, buna inanmayın. Sadəcə uşaqlarım Kuşadasında təhsil alırlar. Bu, normal haldır və artıq ailəm Bakıdadır. Konsertə görə vətənimizə gəliblər və onları səhnədən izləyəcəm.

- Siz necə, daha çox Türkiyədə, yoxsa Bakıda olursunuz?

- Mən daha çox Bakıda yaşayıram. Mən sizi tərk edib heç yerə gedə bilmərəm. Bu, mümkün deyil.

- Üç övladınız var. Övladlarınızdan sənətinizi davam etdirən olacaqmı?

- Mən inanıram ki, davamçım kiçik oğlum Miri Cahid olacaq. Məqşdə də burada idi. Miri Cahid nəinki Azərbaycanda tanınacaq, biz çalışacağıq ki, ölkəmizin hüdudlarından kənarda da tanınsın. Tanınmış, populyar bir müğənni olsun.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər