Bu gün 40 yaşını qeyd edən tanınmış aparıcı Vüsalə Əlizadəyə ailə üzvləri və dostları villasında doğum günü sürprizi hazırlayıblar.
Teleqraf.com xəbər verir ki, 40 yaşını qeyd edən aparıcı İnstaqramda video paylaşaraq bu sözləri yazıb:
"Var yaşanmış hekayələr, var yazılmış hekayələr… Hekayəmin ən gözəl səhifəsindəyəm. Yeni yaşım, xoş gəldi. Sağlıq, sevgi, hüzur, bol şans, uğur, dürüst dostluqlar gətir mənə. Hər il olduğu kimi yenə də "heç nə etmək istəmirəm" deyirəm, amma 12 iyul tarixinə saatlar qala bütün proqramımı qurub, randevularımı alıb, tam hazır vəziyyətdə çəkiliş meydanına dostlarımın, doğmalarımın yanına gedirəm. Mən Allahın xoşbəxt bəndəsiyəm ki, varımsınız".
Qeyd edək ki, Vüsalə Əlizadə aparıcı Azər İsmayılov ilə evli olub. Keçmiş cütlüyün Dilək adlı qızı var.