Əməkdar artist Şölə Səfərəliyeva yeni mahnısını təqdim edib.
Əməkdar artist Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Mətni Məhəmmədhüseyn Şəhriyarın "Həydərbabaya salam" poemasından götürülmüş "Heydərbabaya salam" mahnısını tam fərqli yeni tərzdə ifa etdim.
Mahnının ilk ifaçısı Rübabə Muradova olub.
Mahnının musiqisi Bəxtiyar Kərimova, aranjemanı isə dj Veboya aiddir. Yaxın günlərdə mahnıya klip çəkdirməyi düşünürük. Klipin çəkilişləri Qobustan qayaları, Şah Dili və sair bir sıra məkanlarda baş tutacaq.
Klipin ideya müəllifi və libaslar üzrə modelyeri əməkdar İncəsənət işçisi Fəxriyyə Xələfova olacaq. Klipin rejissoru isə Roman olacaq".