6 Avqust 10:59
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Corc Qafarov qardaşı Jerar Qafarovun insanlardan kömək istəməsinə münasibət bildirib.

Teleqraf.com-a açıqlamasında aktyor bu sözləri deyib: "Bu haqda məlumat vermək istəmirəm. Jerara həmişə dəstək olmuşam. Biz ayrı yaşayırıq. Hazırda qardaşımla əlaqəm yoxdur".

Jerar Qafarov İnstaqramda hekayə bölümündə qeyd edib: "Hər kəsə salam. Dörd-beş gündür işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm.

İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm".

Xatırladaq ki, Müğənni Roza Zərgərli bir müddət əvvəl Corc Qafarov və Jerar Qafarovu övladlığa götürdüyünü açıqlamaşıdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər