Aparıcı Vüsalə Əlizadənin qızı Diləyin səhhətində problem yaranıb.
Teleqraf.com xəbər verir ki, aparıcı bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib:
“Üç gündür qızım qızdırma içindədi, boğaz ağrısı çəkir. Dəhşət virus yayılıb, belə nasazlıq görəndə uşağı məktəbə, bağçaya göndərməyin. Başqa uşaqların da virusa yoluxub, bu zəhəri evinə, ailəsinə aparmağına səbəb olmayın”.