18 May 2015 09:53
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın paytaxtı Vyanada “Eurovision-2015” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə “Eurovision-2014”-ün qalibi avstriyalı müğənni Konçita Vurst da iştirak edib. "Eurovision 2015" də ölkəsini təmsil edəcək ifaçılar qırmızı xalçadan keçib.

Onlar arasında Azərbaycan təmsilçisi Elnur Hüseynov, nümayəndə heyətindən olan Tamilla Şirinova və Hüsniyyə Məhərrəmova da yer alıb.

Qeyd edək ki, "Eurovision 2015" mahnı müsabiqəsinin ilk yarım finalı mayın 19-da, ikinci yarım final mayın 21-də, final isə mayın 23-də olacaq.

Azərbaycanı təmsil edən Elnur yarışmada “Hour of the Wolf” mahnısını oxuyacaq.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif: