16 Sentyabr 2015 11:25
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlhamə Quliyeva mətbuatda əməkdar artist Elza Seyidcahanı məhkəməyə verdiyini bildirib.

Əməkdar artist Elza Seyidcahan isə Teleqraf.com-a açıqlamasında bildirdi ki, hazırda məhkəmə haqqında danışmaq istəmir: “Hazırda böyük konsertim var və ona hazırlaşıram. Seçkiyə hazırlıqla məşğulam. Yaxşı insanlar məni millət vəkili görmək istəsələr, seçiləcəm. İlhamə xanımın məhkəməyə müraciət etməsi isə məni narahat etmir. O vaxt narahat edər ki, mənim o işdə zərrə qədər günahım olsun. Mənim məhkəməm mənim Allahımdır. Daxili dünyamın, vicdanımın, namusumun məhkəməsi var. İnsan ki, daxilinin məhkəməsində haqqı nahaqa satmırsa, dövlətimizin də məhkəməsində haqlı çıxacaq. Bizim dövlətimiz, qanunvericiliyimiz var. Xalqımız haqqı nahaqdan ayırır. Və heç vaxt günahı olmayan insanı suçlamaz və təqsiri olmayan insanı təqsirkar çıxarmaz. Xaricdən mənə çoxlu zəng gəlir ki, xalqımız sənin kimi ləyaqətli qızları olması ilə fəxr edir. Yəqin ki, seçkilərdən üzü ağ çıxaram. Məhkəmə haqqında heç nə danışmaq istəmirəm”.

Qeyd edək ki, İlhamə Quliyeva bildirib ki, E. Seyidcahan onun barəsində təhqiramiz ifadələr işlədib və buna görə qanun qarşısında cavab verməlidir.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər