21 Sentyabr 2015 11:24
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Sevda Yəhyayeva “ATV maqazin” verilişinə müsahibə verib.

Teleqraf.com bildirir ki, şou-biznesin bəzi nümayəndələri ifaçının səsinin olmadığını iddia ediblər.

S. Yəhyayeva səsini müzakirə edən şəxsləri paxıl olmaqda ittiham edib: “Pul verib mahnı ala, klip çəkdirə və klipimi yayımlaya bilərəm. Amma pul verib mahnımı insanlara sevdirə bilmərəm. Bu günə qədər bir çox mahnılarım hit olub. O qədər insanlar var ki, kənarda mahnılarımı dinləyir. Nəyisə pisləmək heç də çətin deyil. Lakin hər insan yaxşı sözü dilə gətirməyi bacarmır. Müğənni var ki, canlı oxuyanda səsi gözəl çıxır, ancaq bəzən səsyazma studiyasında əksinə olur. Müğənni var ki, səs studiyasında yaxşı oxuyur, canlı ifanı oxuya bilmir.Amma hər ikisini bacaran müğənnillər də var. Bax həmin ifaçı universaldır. İllər öncə peşəkar bəstəkarımız Vüqar Camalzadə söyləmişdi ki, Sevda universal müğənnidir. Mənim hər kəslə gözəl münasibətim var. Çalışıram ki, heç kimlə nəsə problemim olmasın. Yanımda isə inandığım və güvəndiyim dostlarım var”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər