Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımova ilə münaqişəsı zamanı dostlarının ona dəstək olmamasının səbəbini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi "MUZ TV"yə açıqlamasında qarşı tərəfin onun dostlarını şantaj etdiyini deyib:
"Mənim dostlarım bu məsələdə mənə qoşulmadı. Nə qədər güclü olduğumu anladım. Kimsə kimisə şantaj edib, o da qorxub, mənə dəstək olmayıb. Kiməsə nəyisə xatırladıb, onlar da geri çəkilib".
Qeyd edək ki, N. Həbibi A. Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə müraciət etmişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.