20 Oktyabr 2015 16:24
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl xalq artisti Valeh Kərimov Gəncə Dövlət Dram Teatrında rejissor kimi işə başlayacağını bildirsə də hələ də fəaliyyətinə başlamayıb.

Bu barədə Teleqraf.com-a danışan aktyor bunları dedi: “Hazırda Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Hələ ki, Gəncə Dövlət Dram Teatrı ilə bağlı heç nə yoxdur. Oradakı fəaliyyətim isə hələ bilinmir. Nə isə... Teatrın rəhbərliyi ilə də heç bir incikliyim yoxdur. Razılaşmışıq ki, tətil olan zaman teatra gedib tamaşa hazırlayam”.

V. Kərimov Sumqayıt Dövlət Musiqili Dram Teatrından yaşla bağlı uzaqlaşdırılmışdı.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər