Bu gün rejissor Mahsun Kırmızıgülün toyudur.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkil Ece Binayla ABŞ-ın Los-Anceles şəhərində evlənən rejissor toyuna sadəcə 30 nəfər dəvət edib. Mahsunla Ecenin toyundan ilk foto yayılıb.
Qeyd edək ki, M.Kırmızıgülün qonaqları arasında məşhurlardan Kənan Doğulu ilə Beren Saat yer alıblar. Cütlük qonaqlar üçün 2 günlük maraqlı proqram hazırlayıb. M.Kırmızıgül "Xəyalımdakı toyu xəyalımdakı qadın üçün edirəm", - deyə bildirib.