“Anam müsəlman adət-ənənələri ilə dəfn olunacaq”
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artistinin oğlu Orxan Nadirov jurnalistlərə açıqlamasında bildirib: “İlhamə xanım tabutda dəfn olunmaq istəyirdi. Amma müsəlman adət-ənənələrinə görə, heç kim tabutda dəfn olunmur. Mən müsəlmanam, anam da müsəlman idi. O Həcc, Kərbəla, Məşhəd ziyarətlərində olub. Onu tabutda dəfn edə bilmərəm”.
Orxan Nadirov İlhamənin öz varidatını əsgərlərə bağışlaması barədə aparıcı Elgiz Əkbərin dediklərinə də aydınlıq gətirib: “O söhbəti birinci dəfədir ki, Elgiz Əkbərdən eşidirəm. Bu, bəlkə, Elgizin şəxsi fikridir. İnsan rəhmətə gedəndən sonra arxasında çox sözlər deyirlər”.
O.Nadirov İlhamənin diplomatik pasport daşıyan yeganə sənətçi olduğunu da deyib: “İlhamə Quliyevaya şou-biznes nümayəndələri arasında yeganə sənətçidir ki, ona ulu öndər Heydər Əliyev tərəfindən diplomatik pasport verilib. Və bu günə kimi diplomatik status daşıyır.
Rəqsanə