Xalq artisti Zülfiyyə Xanbabayeva “Ondan sonra” verilişinin qonağı olub.
Teleqraf.com xəbər verir ki, verilişdə Yusif Ağayev “Həyat yoldaşınız Zaur Məmmədovu uzun illərdir ki, tanıyıram. Çox alicənab insandır. Məndən incimə, sənin kimi kaprizli xanımın həyat yoldaşı olmaq çətindir” deyə Z.Xanbabayevaya irad bildirib. Müğənni isə onun bu sözlərinə özünəməxsus şəkildə cavab verib: “Başqa cür ola da bilməz. Mən kaprizli deyiləm, sadəcə məsuliyyətliyəm. Həyat yoldaşımın da bayramını təbrik edirəm. Allah ona can sağlığı versin. Hər zaman yanımızda olsun”.
Xalq artisti yaradıcı insanların xarakterindən də danışıb: “Yaradıcı insanlar əhval-ruhiyyə ilə yaşayırlar. Əhvalımız olmayanda efirdə artistlik və s. edə bilərik. Yəni ki, tamaşaçılara hörmətimizə görə gülümsəməyə çalışırıq. Amma həyatda elə ola bilmirik”.
Rəqsanə