8 Aprel 2016 18:41
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin paytaxtı Stokholmda baş tutacaq “Eurovision 2016” mahnı müsabiqəsində ölkələrin çıxış sıralaması təqdim edilib.

Teleqraf.com yarışmanın rəsmi internet saytına istinadən bildirir ki, “Eurovision 2016”da Azərbaycanın təmsilçisi Səmra Rəhimli birinci yarımfinal günü 14-cü sırada səhnəyə çıxacaq. Belə ki, yarışmanın ilk günü – mayın 10-da səhnəyə ilk Finlandiya təmsilçisi çıxacaq. Mayın 12-də baş tutacaq ikinci yarımfinalda səhnədə sonuncu mahnını Belçika təmsilçisi oxuyacaq.

Finala birbaşa vəsiqə qazanan ölkələr isə Fransa, İtaliya, Almaniya, İspaniya, İsveç və Böyük Britaniyadır.

Təmsilçimiz “Eurovision 2016”da “Miracle” mahnısı ilə çıxış edəcək.

Rəqsanə


Müəllif: