24 Aprel 2018 08:05
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beşinci nəsil şəbəkəsinin kommersiya istismarı yalnız 2020-ci ilə planlaşdırılıb, amma Finlandiyanın Oulu Universiteti artıq "6G" texnologiyası üzərində işlərə başlayıb. Universitet rəhbərliyi altıncı nəsil şəbəkəsindən istifadə perspektivlərinin öyrənilməsi üçün nəzərdə tutulmuş "6Genesis" tədqiqat proqramının maliyyələşdirilməsini elan edib.

Teleqraf.com "ICTnyus"-a istinadən xəbər verir ki, tədqiqata rəhbərlik edən Matti Latva-axo bildirib ki, hər 10 ildə yeni nəsil mobil şəbəkə istifadəyə verilir. Məsələn, 2030-cu ilədək "6G" texnologiyasının istifadəyə verilməsi gözlənilir. Layihə müəllifləri "6G" mobil şəbəkəsinin istifadəsi nəticəsində dünyanın dəyişməsini əks etdirən çarx hazırlayıblar.

Mütəxəssislərin fikrincə, 2030-cu ilədək bizi artırılmış reallıq və süni intellekt texnologiyaları əhatə edəcək. İnterfeys smartfonlarda deyil, birbaşa əlimizdə holoqram şəklində əks olunacaq. İstifadəçilərin sağlamlığının izlənilməsi, həmçinin maraq dairəsindədir. Məsələn, hətta geyim orqanizmin həyat fəaliyyəti göstəricilərinə nəzarət edə biləcək. Şəhərlər qabaqcıl texnologiyaların köməyi ilə sakinlərin rahatlığını və təhlükəsizliyini təmin edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər