13 İyun 2018 08:18
2 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada baş naziri Castin Trüdonun qaşları sosial şəbəkədə qızğın müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, bəzi istifadəçilər nazirin mətbuat konfransından çıxışını əks etdirən kadrlarda sol qaşının qoşma olduğunu iddia ediblər.

Artıq tvitterdə Baş Nazirin qaşına həsr olunmuş hesab da yaradılıb.

“Castin Trüdo kədərlənib, çünki Donald Trampın yalançı qaşlara əlavə vergi tətbiq etdiyini öyrənib”, -Ros Makkulox adlı istifadəçi yazıb.

Mak Marinai adlı tvitter istifadəçisi isə “Düşünürsünüz ki, Kanada ilə münasibətlər gərginləşib? Trampın tvitterdə yalançı qaşlarla yazmağını gözləyin”,- deyə yazıb.

Bəziləri isə qopan qaşın optik iluziya olduğunu söyləyiblər.


Müəllif: Ruslan