Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəldiyi seçkilərdə etibarsız sayılan bülletenlərin birində Rusiya prezidenti Vladimir Putinin adı qeyd olunub.
Teleqraf.com xəbər verir ki, Antaliyanın Manavqat bölgəsindəki 1045 nömrəli seçki qutusundakı bülletenlər sayılarkən Vladimir Putinin adına rast gəlinib.
Olayı gülüşlə qarşılayan komissiya üzvləri bülleteni etibarsız sayıblar.