Amerikanın Çikaqo şəhərində turistlərə adrenalin yaşatmaq üçün qeyri-adi üsula əl atılıb.
Teleqraf.com xəbər verir ki, "Çikaqo 360" adlı binada təşkil olunan əyləncə olduqca qorxuludur. TILT adlı əyləncə insanların şəhərə "quş vəziyyəti"ndə baxmasını təmin edir.
Bununla insanlar şəhərə 300 metr yüksəklikdən baxa bilirlər. Bu layihə Çikaqoda böyük marağa səbəb olub.