Yaxın vaxtlarda “WhatsApp” reklam elanları yerləşdirəcək.
Teleqraf.com xəbər verir ki, cari ilin sentyabrında “Facebook”un baş direktoru Mark Zukerberq “WhatsApp”dan pul əldə etmək istədiyini bildirmişdi.
Reklam elanları “WhatsApp” statusunda göstəriləcək. Bu yaxınlarda dərc edilmiş maliyyə hesabatına əsasən, gün ərzində 450 milyondan çox aktiv istifadəçi statusları izləyir. Yaxın vaxtlarda messencerin “iOS” versiyası, daha sonra isə “Android” versiyadan istifadə edənlərə reklam göstəriləcək.