Honkonq İslah Xidməti İdarəsi “ağıllı” həbsxanalar hazırlamaq niyyətindədir. Məqsəd məhbusların izlənməsini asanlaşdırmaqdır.
Teleqraf.com xəbər verir ki, yeni sistemlər cəzaların çəkilməsini daha effektiv, insanların həbsxanada olmasını daha təhlükəsiz etməyə imkan verəcək.
İdarə bütün məhbusları ditnes-trekerlə təchiz etməyi planlaşdırır, istənilən vaxtda məhbusların yerini və onların nəbzini izləmək mümkün olacaq. Kameralarda qeyri-adi davranış, dava-dalaş hallarını və məhbusların özlərinə zərər vurmaq cəhdlərini tanımaq qabiliyyətinə malik videomüşahidə sistemləri quraşdırmaq planlaşdırılır.