5 Mart 2019 08:25
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft” korporasiyası “bulud” servislərindən keçən 6,5 trilyondan çox siqnalı təhlil edərək kibertəhdidlər haqqında hesabat dərc edib.

Tədqiqata görə, 2018-ci ildə dünyada fişinq hücumlarının sayında 350 faizdən çox artım qeydə alınıb. Orta aylıq fişinq göstəricisi 0,14 faizdən (aylıq 644 milyon məktub) 0,49 faizədək (2,254 milyard) yüksəlib. Korporasiya nümayəndələrinin fikrincə, bu tendensiya gələcəkdə də davam edəcək, çünki cinayət əməlləri texniki boşluqların deyil, insan zəifliyinin axtarışına yönəlib.

Fırıldaqçı virusların sayının 73 faiz azalmasını bildirən “Microsoft” analitikləri qeyd ediblər ki, cinayətkarlar bu nəzərəçarpacaq metoddan daha gizli hücumlara keçiblər. Buna səbəb isə istifadəçilərin təhlükələrə daha düzgün reaksiya verməyə başlamasıdır: cinayətkarlara pul ödəməkdə imtina edirlər, məlumatların ehtiyat nüsxəsini tətbiq edirlər.

Kriptovalyuta istehsalı virusları ilə daha çox qarşılaşan ölkələr siyahısına Efiopiya (5,58 faiz), Tanzaniya (1,83 faiz) və Pakistan (1,47 faiz) daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər