16 Aprel 2019 07:25
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Cisco” şirkəti Böyük Britaniyanın dövlət kənd təsərrüfatı maşınqayırma innovasiya mərkəzi ilə birgə heyvandarlıq fermalarından birində “5G” mobil rabitə şəbəkəsini sınaq rejimində istifadəyə verib. Bu haqda “Reuters” xəbər agentliyi məlumat yayıb.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, layihəyə əsasən, inəklərin yerini, həmçinin sağlamlığı haqqında məlumatları real vaxt rejimində əldə etmək üçün onlar “5G” şəbəkəsini dəstəkləyən qulaq birkaları ilə təchiz ediliblər.

Bundan başqa, inəklər internetə çıxış imkanına malik boyunluq ilə təchiz ediliblər. Bu üsulla avtomatik sağım maşınlarının daha dəqiq işləməsini təmin etmək olar.

“5G” (fifth generation) – bu, məlumatları yüksək sürətdə ötürməyə imkan verən beşinci nəsil mobil rabitə texnologiyasıdır. Sürət üzrə rekord (15 Qbit/san) İsveçdə təyin edilib. Bu, simsiz şəbəkədən 40 dəfə daha sürətlidir. İstehsalçıların sözlərinə görə, sürəti 20 Qbit/s-dək artırmaq mümkündür. Bu, məsələn, 8K (Ultra HD) təsvir ölçülü onlayn videonu yayımlamağa imkan verəcək.


Müəllif: Teleqraf.com