29 Aprel 2019 08:25
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rovaç adlı atı haqqında rep söyləyib.

Teleqraf.com xəbər verir ki, repin sözləri Berdiməhəmmədova, musiqisi isə nəvəsi Kərimquluya aiddir.

Prezident repi Beynəlxalq Atçılıq İdman Kompleksində türkmən atlarına həsr olunmuş milli bayramda söyləyib. "Reper"i gitarada nəvəsi müşayiət edib. Rep-kompozisiyanın mətnində bildirilir ki, bu at ölkənin gələcək xoş günlərinin müjdəçisi olacaq.

Bu ilin yanvar ayında dünyaya göz açmış və adının mənası uğur olan Rovaç ölkənin rifah simvoluna çevrilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər