26 May 2019 00:27
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “Sevilya” futbol klubunun əfsanəsi, şəhərin müsəlman icmasının üzvü Frederik Kanute sayəsində Sevilya şəhərində 700 il ərzində ilk məscid inşa olunacaq.

Teleqraf.com xəbər verir ki, məscidin tikintisi üçün gərəkli olan 300 min avro vəsait keçmiş oyunçunun təşəbbüskarlığı ilə toplanıb.

F.Kanute hələ klubun oyunçusu olanda şəhərdə müsəlmanların müvəqqəti ibadət yerinin xilas edilməsinə təqribən 600 min avro ianə edib.

Sevilyada ilk məscidin tikintisi layihəsində Benjamen Mendi (Mançester Siti) və Abdulaye Dukur (Uotford) kimi futbolçular da iştirak edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər