19 Aprel 2020 22:45
2 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə istehsal olunacaq ilk elektrik mühərrikli traktorlar cari ildə istifadəyə veriləcək.

Teleqraf.com xəbər verir ki, bu layihə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə bağlı olan TAGEM (Əkinçilik araşdırması və siyasəti) qurumu tərəfindən həyata keçirilir.

Bildirilir ki, elektrik mühərrikli zavod Gebzedə tikilib. Koronavirus infeksiyasının yaratdığı problemlərə baxmayaraq, zavodda istehsal avadanlıqlarının quraşdırılması işlərində ləngimə yoxdur.

Hesablamalara görə, ölkədə elektrik mühərrikli traktorlara böyük ehtiyac olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər