Avstraliyada quraqlıq, yanğın və ağacların kəsilməsi səbəbiylə son üç ildə koalaların sayı 30 faiz azalıb.
Teleqraf.com xəbər verir ki, Avstraliya Koala Fondu hökuməti heyvanların yaşayış yerlərini qorumaq üçün tədbirlər görməyə çağırıb.
Qurum Yeni Cənubi Uels ştatında 41 faiz nisbətində azalmadan sonra ölkənin koala populyasiyasının 58 000-dən az olduğunu açıqlayıb.
2018-ci ildə ölkədə təxminən 80 000 koalanın olduğu bildirilib.
Fond rəhbəri Debora Tabart koala populyasiyasını qoruma qanununun qəbul edilməsinə ehtiyac olduğunu deyib.
Yeni Cənubi Uelsdə koala populyasiyasındakı azalma əsasən 2019-2020-ci illərdə bölgədəki quraqlıq və meşə yanğınları ilə əlaqədar olub. Quraqlıq və yanğınlar koalaların əsas qida mənbəyi olan evkaliptlərin yox olmasına yol açır.
Avstraliya hökuməti iyun ayında Kvinslənd və Kanberra bölgələri də daxil olmaqla Yeni Cənubi Uels üçün milli bərpa planını açıqlayıb. Bu bölgələrdə koalaların qorunma durumunu “həssas”dan “nəsli kəsilməkdə olan” vəziyyətinə gətirilməsinə qərar verib.